Qaydasız yuxu əqli qabiliyyəti aşağı salır
Alsheymer xəstəliyi üzrə mütəmadi olaraq müşahidə aparan ÜST nəzdində
olan assosiasiyanın gəldiyi son qənaət artimik yuxunun əqli qabiliyyəti
azaltdığı və bu xəstəliyin inkişafına səbəb olduğu
istiqamətdədir.Vaxtsız və müddət etibarilə kifayət olmayan yuxu beyni
daha 2 il tez qocalmağa təhrik edir.Gün ərzində 5 saatdan az və 9
saatdan çox yatanlar 7 saat yatanlara nisbətən daha aşağı əqli
qabiliyyətə sahib olurlar ki bud a gələcəkdə Alsheymer xəstəsi olmanıza
səbəb olur.Əgər yuxulaya bilmirsinizsə,gecə təkrari olaraq bir neçə dəfə
ayılırsınızsa,səhər zamanı isə yuxudan ayıla bilmirsinizsə xroniki
yuxusuzluq sindromundan əziyyət çəkirsiniz deməkdir.Bu mütləq şəkildə
gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq üçün müalicə
olunmalıdır.Yuxugətiricilər ilkin addım olaraq düşünülsə də mütəxxəsis
həkimin sizə individual olaraq müalicə təyin etməli olduğunu
unutmayın,çünki,yuxusuzluq sindromu kompleks yanaşmanın nəticəsi olaraq
aradan götürülə bilər.
Hiç yorum yok:
Yorum Gönder